ABŞ Rusiyaya ultimatum verdi

ABŞ Rusiyaya ultimatum verdi

“Əgər Rusiya ABŞ-ın Strateji hücum silahlarının məhdudlaşdırılması haqqında müqavilənin (SSM) uzadılması ilə bağlı təkliflərini qəbul etməsə, Donald Tramp yenidən prezident seçildikdən sonra Birləşmiş Ştatların sazişə “yenidən daxil olmasının qiyməti” daha da artacaq.

KONKRET.az xəbər verir ki, belə bir ultimatum Donald Trampın Silahlanmaya nəzarət üzrə müşaviri Marşall Billinqsilinin “Kommersant” qəzetinə verdiyi müsahbəsində səslənib.

“Fikirləşirəm ki, əgər belə bir anda irəliləməyə nail ola bilməsək, o zaman bizim üzərində duracağımız əlavə şərtlər ortaya çıxacaq”,-deyə M.Billinqsli bildirib. Trampın müşaviri şərtlərinin qəbul olunması halında rəsmi Vaşinqtonun elə sabah sazişi imzalamağa hazır olduğunu ifadə edib.

Bununla belə ABŞ rəsmisi Rusiyanın SSM-i uzatmaqdan imtina etməsindən qorxmadıqlarını dilə gətirib. “Biz nüvə güclərimizin modernizasiyasını həyata keçirməyə hazırlaşırıq. Rusiya artıq nüvə arsenalının müasirləşdirməsi prosesini başa çatdırıb. Biz isə bu işə yeni başlayırıq. Buna görə də əslində SSM-lə üzərimizə qoyulan məhdudiyyətlər olmadan bu işi etmək bizim üçün daha asan olacaq”,-deyə Donald Trampın xüsusi nümayəndəsi ölkəsini mövqeyini çatdırıb.

Xatırladaq ki, “SSM-3” müqaviləsi 2010-cu ildə ABŞ-la Rusya prezidentləri Barak Obama və Dmitri Medvedev tərəfindən imzalanıb. Sazişin qüvvəsi 2021-ci ilin fevralında başa çatacaq.

Mənbə: konkret.az