Deputat Tofiq Yaqublunu ziyarət etdi

Deputat Tofiq Yaqublunu ziyarət etdi

Deputat Erkin Qədirli Müsavat Partiyasının üzvü, Qarabağ qazisi Tofiq Yaqublunu ziyarət edib.

Cebhe.info xəbər verir ki, bu barədə millət vəkili özü məlumat verib.

"Bu gün Tofiq Yaqubluya baş çəkdik (Natiq Cəfərli, İlqar Məmmədov və mən). Tofiq bəyi öz evində, ailəsi ilə birlikdə, sağ-salamat görmək çox xoş oldu", -deyə E.Qədirli bildirib.

Xatırladaq ki, barəsində çıxarılan 4,3 illik həbs cəzasıyla razılaşmayaraq həbsxanada aclıq aksiyası keçirən T.Yaqublu bir neçə gün öncə ev dustaqlığına buraxılıb. Növbəti məhkəmə prosesi sentyabrın 28-nə təyin edilib.

Naibə
Cebhe.info

Mənbə: cebhe.info