Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

Bayden 200 milyon ABŞ sakininin öləcəyini proqnozlaşdırıb

ABŞ prezidentliyinə namizəd Co Bayden, seçicilər qarşısında çıxış edərkən ölkədə 200 milyon insanın COVID-19-dan ölə biləcəyini bildirib.

 

"200 milyon insanın (koronavirusdan) öləcəyi təxmin edilir - bəlkə də mən bu çıxışı bitirməmişdən əvvəl bu baş verəcək", deyə o bildirib.

 

Baydenin növbəti dəfə səhvən belə bir açıqlama verdiyi iddia edilir. Böyük ehtimalla o ABŞ-da hazırda 200 minə yaxın olan COVID-19 qurbanlarının sayının bu göstəricini keçə biləcəyini nəzərdə tutub.

 

Con Hopkins Universitetin məlumatına görə, pandemiyanın başlandığı gündən ABŞ-da 6.8 milyondan çox koronavirusa yoluxma qeydə alınıb.

 

İnterAz xəbər verir ki, ölkə dünyada yoluxma səviyyəsinə görə birinci yeri tutmaqda davam edir.

Mənbə: www.interaztv.com