Akif Nağı Müdafiə nazirinə müraciət etdi: Döyüşə hazırıq!

Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı ölkədə başlayan hərbi toplanışlarla bağlı təşkilat olaraq bütün proseslərdə iştirak etməyə hazır olduqlarına dair müdafiə naziri Zakir Həsənova müraciət edib.

Müraciətdə göstərilir:

“Mətbuatda gedən məlumatlara görə, ehtiyatda olan hərbi vəzifəlilərin müxtəlif ixtisaslar üzrə təlim toplanışlarına çağırılması prosesi başlayıb. Cənab Prezident İlham Əliyevin son açıqlamalarına, həmiçinin Sizin müdafiə nazirliyinin rəhbər heyəti ilə müşavirədə verdiyiniz tapşırıqları əsas götürərək, hesab edirik ki, düşmənin bütün təxribatlarının sərt şəkildə qarşısının alınması, torpaqlarımızın azadlığı naminə savaşın başlanmasının artıq vaxtı çatıb. Düşmən iddialarından geri çəkilmir, əksinə Azərbaycana qarşı yeni müharibəyə hazırlaşır. Düşmənə qabaqlayıcı zərbə endirilməli, darmadağın edilən torpaqlarımızdan qovulmalıdır. Əmink ki, belə də olacaq.

Biz Qarabağ Azadlıq Təşkilatı olaraq Sizə müraciət edir, Azərbaycan Respublikasının “ Səfrəbərlik hazırlığı və səfərbərlik haqqında” qanununa uyğun olan, mən təşkilatın sədri olaraq, həmçinin QAT İdarə heyətinin, Ali Məclisin, Ağsaqqallar Şurasının üzvləri, QAT yerli şöbələrinin sədrləri, Azərbaycandan kənardakı təmsilçilərimiz, minlərlə üzvümüz səfərbərlik prosesində iştirak etməyə , səfərbər olmağa, savaş başlayan anda cəbhəyə getməyə hazırıq! Xahiş edirik ki, bizim imkanlarımızdan istifadə edəsiniz. Biz döyüşə hazırıq! ”.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Türkiyə ATƏT-in Minsk Qrupuna konkret yol göstərdi – ya..., ya da...

SONRAKI XƏBƏR

"Keşlə" 3 hücumçu arasında seçim edir