Rusiyadan Kəlbəcərdəki idman zalına yeni idman qurğuları gətirildi...-ARXAYINÇILIQ?..

Rusiyadan Kəlbəcərdəki idman zalına yeni idman qurğuları gətirildi...-ARXAYINÇILIQ?..

"Artıq dövlət başçısının son bəyanatlarıyla düşmənin bu arxayınçılığına son qoyub onu bütün yurdlarımızdan qovmaq vəzifəsini boynumuza götürdük. Kişi sözü boş yerə söyləməz..."

Azərbaycanın 28-ci ildir işğal altında qalan Kəlbəcər rayon mərkəzindəki orta məktəblərdən birində ermənilərin bərpa etdiyi idman zalına yeni idman qurğuları gətirilib.

Moderator.az xəbər verir ki, Xankəndindəki separatçı nəşrlərin yaydığı məlumata görə, qurğular Rusiyada yaşayan Arsen, Erik və Misak Xıdıryan qardaşları tərəfindən alınıb.

Qurğular idman zalında məşqlər edən qarışıq döyüşlər klubu (“MMA”) üzvlərinin sərəncamına verilib. Məlumatda deyilir ki, hazırda Kəlbəcər rayon mərkəzində 2, “Nor Bradjur” adlandırılmış Qılınclı kəndində də 2 belə klub fəaliyyət göstərir. Kəlbəcərdəki klublarda 42, Qılınclıdakılarda isə 29 dığa məşğul olur...

P.S. Düşmənlər belə informasiyalar yaymaqla demək istəyir ki, biz onsuz da işğal altındakı torpaqları geri vermək niyyətində deyilik, odur ki, arxayınca adi dinc günlərimizi yaşayırıq...

 

P.P.S. Artıq dövlət başçısının son bəyanatlarıyla işğalçı və separatçı ermənilərin bu arxayınçılığına son qoyub onları Kəlbəcər də daxil olmaqla bütün yurdlarımızdan çıxmağa vadar etmək vəzifəsini dövlət və xalq olaraq boynumuza götürdük. Kişi sözü boş yerə söyləməz...

Sultan Laçın

 

 

Mənbə: moderator.az