Gənc alimlər “Virtual Məktəb”ə dəstək verdilər

Gənc alimlər “Virtual Məktəb”ə dəstək verdilər

Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyəti Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının dəstəyi ilə "Pandemiya dövründə təhsil təşəbbüslərinə dəstək – "Virtual Məktəb” layihəsinə çıxışın təmin edilməsi məqsədilə aztəminatlı ailələrin məktəb yaşlı övladlarının texniki resurslarla təmin edilməsi” adlı layihənin icrasını yekunlaşdırmışdır.
Layihə çərçivəsində Covid-19 pandemiyası ilə əlaqədar Təhsil Nazirliyi tərəfindən təqdim edilən "Virtual Məktəb” platformasına çıxışı, məsafədən təhsilin əlçatanlığını təmin etmək məqsədilə aztəminatlı ailələrdən olan şagirdlərə planşetlər paylanmış, eyni zamanda, şagirdlərə bu barədə təlimatlar verilmişdir. Astara və Bərdə rayonlarının hər birində bu kateqoriyadan olan ailələrdən olan şagirdlərə 10 planşet paylanılmışdır. Bununla da təkcə planşetlər paylanmış şagirdlər deyil, onların məktən yaşlı bacı-qardaşları da "Virtual Məktəb”ə çıxış əldə edə biləcəklər.

Mənbə: aztehsil.com