"Ermənistan və Qarabağ çox təhlükəli siyasət yürüdür"

"Bu gün Ermənistan və Qarabağ ən azı daxili və xarici arenada çox təhlükəli siyasət yürüdürlər".

Virtualaz.org bildirir ki, bunu işğal altında olan Qarabağın "Milli Təhlükəsizlik Şurası"nın keçmiş katibi Vitali Balasanyan jurnalistlərə verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bu, Ermənistandakı sosial vəziyyətlə yanaşı, təhsil, kilsə, təhlükəsizlik sahəsindəki bütün uğursuzluqlarla bağlıdır.

"Mən müsbət yanaşma görmürəm", - o, deyib.

İşğal altında olan Qarabağdakı separatçı rejimin lideri Arayik Arutyunyanın mövcud hakimiyyət nümayəndələrinin Qarabağ məsələsində fərqli mövqedə olan siyasi qüvvələrlə görüşməyəcəyi ilə bağlı açıqlamasına gəlincə, Balasanyan vurğulayıb: "Mən prezident olsaydım, belə bir açıqlama verməzdim".

Vitali Balasyanyan qeyd edib ki, Ermənistan baş naziri Nikol Paşinyan etiraz aksiyaları başlayana qədər gözləməməlidir.

“O, könüllü olaraq getməlidir. Nikol Paşinyan da daxil olmaqla belə bir istəyi ifadə edən bütün siyasətçilər və qüvvələrlə görüşməyə hazıram", - deyə Balasyanyan yekunlaşdırıb.

Moderator.az

ƏVVƏLKİ XƏBƏR

Rusiyadan Kəlbəcərdəki idman zalına yeni idman qurğuları gətirildi...-ARXAYINÇILIQ?..

SONRAKI XƏBƏR

ABŞ bu ölkənin prezidentinə qarşı sanksiya tətbiq edəcək