Bitməyən düşmənçilik - Ermənilərin işğalçı xisləti dəyişmir

Bitməyən düşmənçilik - Ermənilərin işğalçı xisləti dəyişmir

Ermənilərin Azərbaycana qarşı hərbi fəallığı və cəbhədə təxribatları artıb. İşğalçı qonşularımız 30 ildən artıqdır ki, Cənubi Qafqazı hərb meydanına çevirib.

Sovet İttifaqı dövründə rəhbərlikdə Heydər Əliyev amili (O, SSRİ Nazirlər Soveti sədrinin müavini vəzifəsini tuturdu-müəl.) uzun illər ermənilərə öz mənfur, separatçı niyyətlərini reallaşdırmağa imkan verməmişdi. Lakin Heydər Əliyev məqsədyönlü şəkildə siyasi bürodan uzaqlaşdırıldıqdan iki həftə sonra ermənilər Dağlıq Qarabağın Azərbaycandan ayrılıb Ermənistana birləşdirilməsi haqqında iddia qaldırdılar.

Keçmişə nəzər salsaq görərik ki, o vaxtkı Azərbaycan Kommunist Partyası Mərkəzi Komitəsinin birincı katibi olmuş ,1982-ci ildə Sovet İttifaqı Kommunist Partiyasının Siyasi Bürosunun on iki üzvündən biri, SSRİ Nazirlər Kabineti sədrinin birinci müavini kimi çalışmış ümummilli lider Heydər Əliyev Moskvada fəaliyyətini davam etdirməyə başladığı gündən SSRİ-nin o vaxtkı rəhbəri, ermənipərəst Mixail Qorbaçovun Azərbaycana qarşı qərəzli mövqeyini ifşa edir və buna qarşı daim mübarizə aparırdı.

Xatırlatmaq yerinə düşərdi ki, məhz həmin dövrdə M.Qorbaçovun himayəsi altında Dağlıq Qarabağ Muxtar Vilayətində xüsusi komitə yaradıldı və həmin komitəyə M.S.Qorbaçov məqsədyönlü şəkildəöz köməkçisi Arkadi Volskini sədr təyin etdi. Elə bu özü danılmaz faktdır ki, Qarabağın Azərbaycandan qoparılması əvvəlcədən hazırlanmış planın bir hissəsi idi.

Məhz Qorbaçov kimi himayədarların rəhbərliyi və göstərişi əsasında 1992-ci il fevralın 26-da erməni separatçıları ilə birlikdə 366-cı motoatıcı alayın Xocalıda bəşər tarixinə sığmayan, insanlığa ləkə gətirən, əsrin görünməmiş faciəsi törədildi.

Ermənistanın hazırki Baş naziri N.Paşinyanın bir neçə dəfə Dağlıq Qarabağ Muxtar Vilayətinə məqsədyönlü səfəri bir daha sübut edir ki, Ermənistan Azərbaycana qarşı öz çirkin niyyətindən əl çəkməyib.

Tovuz hadisələri Ermənistanın bir daha işğalçı, separatçı dovlət olduğunu bütün dünyaya nümayiş etdirdi və bir daha göstərdi ki, Ermənistan rəhbərliyi təkcə Dağlıq Qarabağda deyil, Azərbaycanın bütün sərhədboyu ərazilərində elan olunmamış müharibə aparır. Bütün bu illər ərzində Ermənistan tərəfindən törədilən misli görünməmiş vəhşiliklər, vandalizm Azərbaycanı öz sülhsevər mövqeyindən yayındırmayıb. Azərbaycan demokratik dövlət olaraq mövqeyini daim qoruyub saxlamış, danışıqlara hər zaman hazır olduğunu bildirib.

Dəfələrələ ATƏT-in rəhbərliyi ilə həmsədr dövlətlərin də iştirak etdiyi danışıqlar prosesində Azərbaycan öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə də, Ermənistan boş vədlərlə kifayətlənib, üzərinə götürdüyü ohdəliklər kağız üzərində qalıb. ATƏT öz missiyasını yerinə yetirə bilməyib. Bu isə Ermənistanın daha da azğınlaşmasına gətirib çıxarmış,iyun ayında Azərbaycanın sərhədboyu ərazilərində atəşkəs rejiminin pozulması ilə nəticələnib.

Bu çətin günlərdə qardaş Türkiyə, həmişə olduğu kimi, Azərbaycan xalqının haqq işində ona dəstək olmuş,həmrəylik nümayiş etdirib. Türk və Azərbaycan Ordusunun birgə keçirdiyi novbəti hərbi təlimlər buna əyani sübutdur.

Ehtiyatda olan bir zabit kimi inanıram ki, Azərbaycan Respublikasının Prezidenti,cənab İlham Əliyev tezliklə işğalçı Ermənistanın qeyri-qanuni zəbt etdiyi torpaqlarımızı geri qaytaracaq.
Əminəm ki, bu haqq işində on milyonluq Azərbaycan xalqı Ali Baş Komandanın döyüş əmrini gözləyir.

O cümlədən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyatdan keçmiş, istər iqtidar, istərsə də müxalifətyönümlü 61 siyasi partiya Ali Baş Komandan, cənab İlham Əliyevin döyüş əmrini hər an gözləyir və bu müqəddəs vətən yolunda birlik olub daim döyüşə hazırdır.

Tutduğumuz yol haqq yoludur, qələbə bizimlədir!

Çingiz Dadaşov,
Ehtiyatda olan zabit, Nəsimi rayon sakini

 

Mənbə: cebhe.info