Merkel BMT-də islahatlara ehtiyac olduğunu açıqladı

Merkel BMT-də islahatlara ehtiyac olduğunu açıqladı

 

Almaniyanın kansleri Angela Merkel Birləşmiş Millətlər Təşkilatının (BM) gələcək inkişafı üçün islahata ehtiyac duyduğunu söyləyib. Qaynarinfo xəbər verir ki, onun fikrincə, BMT Təhlükəsizlik Şurası təhlükəsizlik məsələləri ilə məşğul olmaq istəyəndə çox vaxt çıxılmaz vəziyyətə düşür.

Merkel BMT Baş Məclisinə öz video mesajında Almaniyanın "genişləndirilmiş Təhlükəsizlik Şurası da daxil olmaqla, əvvəlki kimi məsuliyyəti öz üzərinə götürməyə hazır olduğunu" vurğulayıb. Eyni zamanda, siyasətçi Təhlükəsizlik Şurasında vacib qərarların tez-tez bloklandığını vurğulayıb və bir təşkilatın effektivliyinin üzvlərinin birlik dərəcəsindən asılı olduğunu əlavə edib.

Hindistan Baş naziri Narendra Modi də çıxışında BMT-də islahatlara ehtiyac olduğunu qeyd edib. Onun sözlərinə görə, təşkilat indi "özünəinam böhranı ilə üz-üzədir" və bugünkü reallıqları əks etdirmək üçün "islah edilmiştəkmilləşdirilmiş çoxtərəfli yanaşma" lazımdır.

Qeyd edək ki, BMT Baş Məclisinin 75-ci yubiley konfransı koronavirus pandemiyası səbəbindən video formatında keçirilir. Ölkə liderlərinin çıxışları uzaqdan yayımlanır və salonda yalnız ölkələrin BMT-dəki daimi nümayəndələri var.

 

Alpər

 

Mənbə: qaynarinfo.az