"Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir" " "Dünya" informasiya agentliyi

"Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir" " "Dünya" informasiya agentliyi


“COVID-19-un şiddətli dövründə Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) 16 nəfərdə virus aşkarlanıb. Onların hamısı sağalıb. Hazırda AMEA-da koronavirus xəstəsi kimi qeydə alınan əməkdaşımız yoxdur”.
Bu fikirləri Modern.az-a AMEA-nın vitse-prezidenti İsa Həbibbəyli bildirib.
Vitse-prezident yaşı 65-dən yuxarı işçilərin fəaliyyətinə də toxunub:
“Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırıqlarına əməl etmək borcumuzdur. Yaşı 65-dən yuxarı olan əməkdaşlarımız tədqiqat işlərini evdə davam etdirir və akademiya ilə onlayn əlaqə saxlayırlar”.
İsa Həbibbəyli özünün işə çıxmasına da aydınlıq gətirib:
“Vəzifə təyindatında olan AMEA-nın rəhbər heyəti pandemiya dövrünün şərtlərinə əməl etməklə işə çıxır. Məsafə gözləməklə, tibbi maska taxmaqla qaydalara əməl edir və işimizi davam etdiririk”.

Mənbə: www.dia.az