Tixanovskaya Belarusa yardım barədə Aİ ilə razılığa gəldi

Tixanovskaya Belarusa yardım barədə Aİ ilə razılığa gəldi


Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixanovskaya ölkədə demokratik dəyişikliklərdən sonra Avropa İttifaqının yardım paketi təqdim etməsi barədə Brüsseldə razılığa gəlib.
Azvision.az xəbər verir ki, bu barədə onun "Telegram” kanalında məlumat verilib.
"Svetlana Tixanovskaya Brüsselə səfərini başa vurdu. Səfər zamanı o, Aİ Xarici İşlər nazirləri qarşısında çıxış etdi, Aİ diplomatiyasının rəhbəri Cozep Borrell, Avropa Parlamentinin prezidenti David Sassoli ilə görüşdü və avropalı millət vəkillərinə müraciət etdi. Həmçinin Tixanovskaya Belarusda demokratik dəyişikliklərdən sonra ölkənin yardım paketi alması barədə razılığa gəlib”.
Xatırladaq ki, Belarusdakı prezident seçkilərindən sonra Tixanovskaya Litvaya gedib.

Mənbə: www.dia.az