"Üçlər ittifaqı" Paşinyana qarşı - GƏRGİNLİK

"Üçlər ittifaqı" Paşinyana qarşı - GƏRGİNLİK

Ermənistanda üç partiya - "Çiçəklənən Ermənistan", "Daşnaksutyun partiyası" və A. Vanetsyanın yeni yaratdığı "Vətən" partiyasının rəhbərlərinin birgə bəyanatına əsasən oktyabr ayının 8 -də saat 18:00 - da paytaxt Yerevanın(İrəvanın) "Azadlıq" meydanında ümumxalq mitinqi keçiriləcək.

Cebhe.info xəbər verir ki, bu barədə BDU-nun Erməni Araşdırmaları elmi-tədqiqat və Tədris Mərkəzinin Böyük Elmi İşçisi İsmayıl Tanrıverdi “Facebook” hesabında məlumat yayıb.

“Nikol Paşinyanın rəhbərlik etdiyi hazırki hakim partiyanin uğursuz siyasəti nəticəsində son iki ildə ictimaiyyətin gözləntiləri qarşılanmadı. Hökumət hər yerdə iflasa uğrayır. Ölkənin inkişaf perspektivləri təhlükə altındadır. Hakim siyasi qüvvə milli dövlətçiliyimizin problemlərinə qarşı dura bilməyəcəyini sübut etdi. Erməni ictimaiyyəti isə, ölkədə ədalət qurmağa və daha firavan bir gələcəyə zəmanət verməyə ümid edirdi.

Xalqın bütün ümidləri puç olduğuna görə bacarıqsız iqtidarın da hakimiyyətdən uzaqlaşdırılması labüddür”, - deyə bəyanatda qeyd olunur.

Əli Bədir
Cebhe.info

 

Mənbə: cebhe.info