Ərdoğan: “Kıbrısda, Akdənizdə, Egedə və mübahisəyə səbəb olan heç bir yerdə biz kimsənin haqqına, hüququna əl uzatmarıq”

Ərdoğan: “Kıbrısda, Akdənizdə, Egedə və mübahisəyə səbəb olan heç bir yerdə biz kimsənin haqqına, hüququna əl uzatmarıq”

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Aralıq Dənizinin şərqində yaşanan olaylara yenidən diqqət çəkərək bildirib ki, Aralıq dənizinin şərqində Türkiyəni yox hesab edib ısrarla öz istəklərini, xəritələrini qəbul etdirməyə çalışanlar diplomatiya masasına yaxınlaşmağa başlayıblar. "OLAYLAR"-ın xəbərinə görə, Ərdoğan bu fikirləri kabinet toplantısından sonra verdiyi açıqlamada səsləndirib. Türkiyə prezidenti qeyd edib ki, ölkəsi Ağ dəniz və Qara dənizdə kəşfiyyat qazma fəaliyyətlərini davam etdirəcək: "Kıbrıs və Şərqi Ağdəniz problemində bir neçə ölkənin maraqlaqrını qorumaq uğrunda tarixi gerçəklərə, beynəılxalq anlaşmalara, gözlə görülən həqiqətlərə arxalarını çevirənlərin dünyaya söyləyə biləcək sözü qalmaz. Bir daha qeyd edirəm. Kıbrısda, Akdənizdə, Egedə və mübahisəyə səbəb olan heç bir yerdə biz kimsənin haqqına, hüququna əl uzatmarıq. Sadəcə və sadəcə öz haqqımıza, hüququmuza sayğı göstərilməsini istəyirik. Bu ülkələrin xalqlarını gerçəkləri öyrənməyə və ona görə ortaya mövqe qoymağa dəvət edirik".

 

Mənbə: olaylar.az