Biz uğur qazandıqca Kreml mane olur - Tiflis

Biz uğur qazandıqca Kreml mane olur - Tiflis

Rusiya ilə ikitərəfli münasibətlərin normallaşması torpaqlarımızın işğaldan azad olunmasından sonra mümkündür. Yalnız bundan münasibətlərimizdən danışmaq mümkündür.

Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Gürcüstan parlamentinin sədri Arçil Talakvadze deyib. Onun sözlərinə görə, Rusiya tərəfindən indiyə qədər atəşkəs razılaşmasının icrası üçün heç bir əhəmiyyətli siyasi qərar qəbul edilməyib:

“Gürcüstan uğur qazandıqca Rusiya bu uğurlara dezinformasiya yoluyla mane olmağa cəhd edir. Hökumət hər şeyi edir ki, insanlar obyektiv informasiyaya sahib olub, doğru qərar qəbul etsinlər”.

Mənbə: axar.az