ABŞ-dan Türkiyəyə DƏSTƏK - “Seviliya” xəritəsini tanımadı

ABŞ-dan Türkiyəyə DƏSTƏK - “Seviliya” xəritəsini tanımadı

Amerika Birləşmiş Ştatları prinsip etibarilə digər dövlətlərin dənizdəki səlahiyyətləri ilə bağlı ixtilaflarda hər hansı mövqe tutmayıb.

Publika.az xəbər verir ki, bu barədə ABŞ-ın Türkiyədəki Səfirliyi məlumat yayıb.

Məlumatda bildirilib ki, ABŞ “Seviliya” xəritəsinin “hüquqi status” xüsusunda bir əhəmiyyətə sahib olmadığını düşünür: “Avropa İttifaqının da “Seviliya” xəritəsini hüquqi əlaqəsi olan bir sənəd olaraq dəyərləndirmədiyinin şahidiyik. Dəniz səlahiyyətlərinə beynəlxalq hüquqa əsaslanaraq əlaqədar dövlətlər arasında əldə olunan razılaşma ilə qərar verilir. ABŞ yaxşı niyyətli dialoq və müzakirə anlayışını şiddətlə dəstəkləməkdə və Türkiyə ilə Yunanıstanı razılıq görüşmələrini ən qısa müddət ərzində yenidən başlamağa təşviq etməkdədir”.

Qeyd edək ki, “Seviliya” xəritəsi 2000-ci ilin əvvəllərində Seviliya Universitetinin akademikləri Xuan Luiz Suarez de Vivero illə Xuan Karlos Rodriqez Mateosun Türkiyə, Yunanıstan və Kipr arasında Şərqi Aralıq dənizində eksklüziv iqtisadi zona anlaşmazlığının həlli üçün hazırladığı plandır. Xəritənin iddiasına əsasən, Meis adasından başlayan yunan kontinental şelfi cənuba doğru Aralıq dənizinin mərkəzinə qədər enir və Türkiyəyə Antalya körfəzindən başqa çıxış fürsəti tanımır. Yunanıstanın kontinental şelfini Türkiyəyə nə qədər yaxın olursa-olsun, Yunan adalarının sərhədlərinə görə müəyyən edir. Türkiyə isə bu xəritənin haqsız olduğunu bildirir.

Zümrüd

Mənbə: publika.az