Aİ Liviyaya tətbiq olunan silah embarqosunu pozan iki şəxsə və üç şirkətə qarşı sanksiya tətbiq edib

Aİ Liviyaya tətbiq olunan silah embarqosunu pozan iki şəxsə və üç şirkətə qarşı sanksiya tətbiq edib

 

Avropa İttifaqının Xarici İşlər nazirləri BMT-nin Liviyaya tətbiq etdiyi silah embarqosunu pozmaqda günahlandırılan iki şəxsə və üç şirkətə qarşı sanksiyaların tətbiq edilməsi barədə razılığa gəlib. Ordu.az xəbər verir ki, bu barədə Aİ-nin iki diplomatı “Reuters” agentliyinə məlumat verib.

Bildirilir ki, sanksiya tətbiq olunan iki şəxs liviyalıdır, şirkətlər isə Türkiyə, İordaniya və Qazaxıstanın dənizçilik və aviasiya sektorlarında fəaliyyət göstərir.

Avropa İttifaqı Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının Liviyaya qarşı tətbiq etdiyi embarqoya nəzarət etmək üçün Aralıq dənizində dəniz missiyası yaradıb.

Sevinc Əliyeva
Ordu.az

 

Mənbə: ordu.az