Azərbaycandan erməni faşizminə növbətə sərt zərbə - Ermənistanın əsl mahiyyəti yüksək tribunadan dünyaya bəyan edildi

Azərbaycandan erməni faşizminə növbətə sərt zərbə - Ermənistanın əsl mahiyyəti yüksək tribunadan dünyaya bəyan edildi

Faşizmin Ermənistanda çiçəklənməsi, bu ölkənin nasizmə sadiqliyi Azərbaycan tərəfindən ən müxtəlif tribunalarda daim ifşa edilir. Bu dəfə Azərbaycan qeyd edilən xüsusda düşmənə növbəti sarsıdıcı zərbəni BMT tribunasında vurdu. Belə ki, Prezident İlham Əliyev BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində BMT-nin 75 illiyinə həsr edilmiş Yüksək Səviyyəli İclasında videoformatda çıxışında nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırıb.

Dövlət başçısı vurğulayıb ki, mənfur nasist general Qaregin Njde milli qəhrəmana çevrilib: “Ermənistanın rəsmi ideologiyasında “Azərbaycanofobiya” siyasəti hökm sürür. Gənc nəslə Azərbaycan xalqına nifrət aşılanır. Ermənistanın bu yaxınlarda təcavüzkar və hücum xarakterli hərbi doktrinası və milli təhlükəsizlik strategiyası qəbul edilib. Milli təhlükəsizlik strategiyasında irqçi, şovinist və “Azərbaycanofob” fikirlər əks olunub”. Beləliklə, növbəti dəfə yüksək tribunadan Azərbaycan Ermənistanın faşizm ideologiyasına bağlılığını bütün dünyanın diqqətinə çatdırıb. Azərbaycan sayəsində dünya bilir ki, təcavüzkar Ermənistanda faşizm ideologiyası artıq uzun illərdir dövlət siyasətinə çevrilib. Ermənistanda bu ideologiya elə qurulub ki, burada bütün dövlət rəhbərləri faşizmə sədaqət məsələsində sələfinin yolunu davam etdirir. Məhz bu da Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək tribunalarda ifşa edilir.

Qeyd edək ki, Ermənistanda faşist Njdenin qəhrəman obrazının yaradılması ilə bağlı məsələni ilk dəfə İlham Əliyev ötən il Aşqabadda MDB Dövlət Başçıları Şurasının iclasında qaldırıb. Dövlət başçısı faşistlərin qəhrəman kimi qələmə verilməsini qətiyyətlə pisləyib. Azərbaycan Prezidenti MDB məkanında faşizmin qəhrəmanlıq kimi qələmə verilməsinə yer olmadığını vurğulayıb. Burada İlham Əliyev 2019-cu ildə Rusiya Xarici İşlər Nazirliyinin təqdim etdiyi “Nasizmin qəhrəmanlıq kimi qələmə verilməsi, neonasizmin yayılması və irqçiliyin, irqi ayrıseçkiliyin, ksenofobiyanın və onlarla bağlı dözümsüzlüyün müasir formalarının yayılmasına şərait yaradan praktikanın digər növləri ilə bağlı vəziyyət haqqında” məruzədən sitat gətirərək deyib ki, Ermənistanın keçmiş hakim Respublika Partiyası millətçi təmayüllü, Üçüncü Reyxlə əməkdaşlıq etməsi haqqında məlumat olan, birmənalı siyasi mövqeyi olmayan Qaregin Njdenin xatirəsinin əbədiləşdirilməsi üçün addımlar atıb. Ermənistan paytaxtının mərkəzində faşist cəlladı və satqın Qaregin Njdeyə heykəl qoyulmasını kəskin şəkildə pisləyən və bunu faşizmin təbliği kimi dəyərləndirən Azərbaycan Prezidentinin bu çıxışı geniş əks-səda doğurdu. Rusiyanın Armavir şəhərində Njdeyə qoyulan xatirə lövhəsi qara boya ilə boyandı, daha sonra heykəl söküldü.

Bunun ardınca üzə çıxan maraqlı faktlardan biri o oldi ki, Ermənistan baş nazirinin babası da müharibə vaxtı könüllü olaraq Qaregin Njdenin SS legionunda nasistlərə xidmət edib. Xatırladaq ki, Ermənistanın indiki baş nazirinin babası Ukraynanın bugünkü Jitomir vilayəti sovet ordusu tərəfindən faşistlərdən azad ediləndən ilyarım əvvəl, yəni 1943-cü il sentyabrın 29-da bu vilayətin Zvyaqel kəndində məhv edilib. Sovet qoşunları yaxınlaşdıqca oradakı partizan dəstələrinin və gizli qrupların fəallığı artırdı. Buna görə istisna edilmir ki, hitlerçi-njdeçi Nikol Paşinyan məhz xalq könüllü dəstələrinin belə cəsarətli müqavimət əməliyyatlarından birində məhv edilib. Bu da məlumdur ki, Jitomir vilayətində yəhudi əhalini kütləvi şəkildə qırıblar. Bu iş əsasən SS polislərinə və digər ünsürlərə tapşırılırdı. Ermənistanın indiki baş nazirinin babasının da məhz bu yolla faşistlərə xidmət etdiyi ehtimal edilir. Bu fonda Paşinyanın faşizmi müdafiə etməsi təəccüblü sayılmır. Azərbaycanın apardığı siyasət, iştirak etdiyi beynəlxalq sammit və tədbirlərdə dövlət rəsmilərinin çıxışları dünyada faşizmin intibahına mane olmaqdır. Bura Ermənistanda təbliğ edilən faşist ideyalarının qarşısını almaq da daxildir. Əslində, erməni faşizminin dünya miqyasında tanıdılması istiqamətində Azərbaycanın gördüyü işlər artıq öz müsbət nəticələrini verməkdədir. İndi təkcə MDB yox, dünya miqyasında ermənilərin faşizm sevgisinin ifşası istiqamətində Azərbaycanın gördüyü işlər Ermənistanda böyük narahatlıqla qarşılanır. Xüsusən də Qərb ölkələrində bu istiqamətdə aparılan işlər indi Ermənistan üçün əsl şok effekti yaradır. Bütün bunlar erməni faşizmi və onun köklərindən artıq dünya ictimaiyyətinin də xəbərdar olmağa başlamasının göstəricisidir. Şübhə yoxdur ki, bu istiqamətdə fəaliyyət daha da genişlənəcək. Elə Prezident İlham Əliyevin BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində çıxışında nasizmin şöhrətləndirilməsinin Ermənistanın dövlət siyasəti olduğunu diqqətə çatdırması da bunun daha bir təsdiqidir. Azərbaycanın bu səpkidə hücumıarı qarşısında isə Ermənistan daha çıxılmaz vəziyyətə düşür.

Tahir TAĞIYEV

 

Mənbə: www.baki-xeber.com