Rusiyadan NATO-ya güc nümayişi: Məqsəd nədir? – POLİTOLOQ

Rusiyadan NATO-ya güc nümayişi: Məqsəd nədir? – POLİTOLOQ

“Rusiyanın "Qafqaz-2020" təlimləri regionda genişmiqyaslı hərbi təlimdi və burada əsas strateji plan Qafqaz, Qara dəniz və Xəzər regionunda özünün söz sahibi olmaq mesajını verməkdir”.

Cebhe.info xəbər verir ki, bu sözləri Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazdə deyib.

O bildirib ki, bu təlimlər Ermənistanın Azərbaycana qarşı hərbi təxribatları və Qarabağ danışıqlarının dayanması fonunda keçirilir:

“Bununla Rusiyanın məqsədi birmənalı şəkildə regionda vəziyyəti gərginləşdirmək, qonşularına qarşı əzələ nümayişi etdirməkdir. Bu təlimlərə İran, Ermənistan və digər Rusiya ilə əməkdaşlıq edən ölkələr qoşulub. Bütövlükdə hərbi təlimlər həm də ABŞ və NATO qarşı yönəlib. Rusiyanın bu siyasətinə baxmayaraq Cənubi Qafqazda və Qara dənizdə geopolitik konfiqruasiya ABŞ və NATO-nun leyhinə dəyişir. Rusiya bununla beynəlxalq münasibətlər sistemində onun yanında olan ölkələri nümayiş etdirir. Bu ölkələrin Rusiya ilə birgə təlimləri heç də bu ölkələrin Rusiyanın geosiyasi maraqlarında yer alacağı anlamına gəlmir. Pakistanı götürək, Azərbaycanla dost və strateji tərəfdaşdır. Sadəcə, bu ölkə ABŞ-la hazırda aralarında yaşanan soyuq münasibətlərə görə bu gün Rusiya ilə ortaq təlimlərə qatılıb.

Pakistan İslam Respublikası Cənubi Qafqazda Rusiyanın siyasətindən xəbərdardı və bu ölkənin geosiyasətinə qarşı Azərbaycanı dəsətəkləyir. Ermənistanı müstəqil dövlət kimi tanımır. Baxmayraq ki, Pakistan bu təlimlərdə yer alıb. Pakistan Ermənistanla hərbi təlimlərə qatılıb kimi ajiotaj yartamaq birmənalı şəkildə səhvdir. Pakistan hazırda Azərbaycana hərbi yardım etməyə hazır bir ölkədir”.

Politoloq qeyd edib ki, Rusiyanın Pakistanı bu hərbi təlimlərə dəvət etməsi, ölkələr arasında müəyyən qaydalar çərçivəsində reallaşıb:

“Azərbaycanın "Qafqaz 2020" təlimlərə qatılmaması obyektiv addımdır. Qeyd edim ki, Azərbaycanında Gürcüstanda keçirilən NATO qərargah təlimlərində Ermənistanda iştirak edib. Onda belə çıxır ki, Azərbaycan Ermənistanla birdi? Ona görə də Azərbaycan ictima fikrində Pakistana qarşı bu antitəbliğat aparmaq yoverilməzdi”.

Alçina Amilqızı
Cebhe.info

 

Mənbə: cebhe.info