Ermənistanda Paşinyanın istefası ilə bağlı genişmiqyaslı etiraz aksiyası keçiriləcək

Ermənistanda Paşinyanın istefası ilə bağlı genişmiqyaslı etiraz aksiyası keçiriləcək

 

“2018-ci ilin yazında ümumxalq hərəkatı Ermənistanın inkişafı üçün keyfiyyətcə yeni imkanlar yaratdı. Ötən iki ildən artıq müddət ərzində ictimaiyyətin gözləntiləri özünü doğrultmayıb. Hakimiyyət hər yedə uğursuz olub. Ermənistanın inkişaf perspektivi təhlükə altındadır. Hakim siyasi qüvvə Ermənistanın milli dövlətçiliyinə yönəlmiş problemlərə müqavimət göstərmək qabiliyyətsizliyini sübut edib”. Ordu.az xəbər verir ki, bu, “Çiçəklənən Ermənistan”, “Erməni İnqilabi Federasiyası” (Daşnaksütun) və “Vətən” partiyalarının birgə bəyanatında qeyd olunub.

Qeyd olunur ki, partiyalar Ermənistanda yaranmış vəziyyəti qiymətləndirərək, yeni, keyfiyyətli, və milli hakimiyyət formalaşdırılması zərurətini qaçılmaz hesab edərək cari il oktyabrın 8-də saat 18:00-da Azadlıq meydanında ümumdövlət mitinqi təşkil edir.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az