Erməni siyasi xadim: “Erməni kimliyinə qarşı müharibə elan olunub”

Erməni siyasi xadim: “Erməni kimliyinə qarşı müharibə elan olunub”

 

“29 il əvvəl erməni xalqı müstəqil və azad Ermənistanda yaşamaq qərarına gəldi”. Ordu.az xəbər verir ki, bunu “Vahid Ermənistan” partiyasının qurucusu Artur Qazinyan öz “Facebook” səhifəsində yazıb.

“Kimliyimizə qarşı müharibə elan olunub, nifrət və düşmənçilik qurdu birliyimizi və həmrəyliyimizi yeyir, qələbə və nailiyyətlərimizi, atalarımızın erməni olaraq qalmaq məsləhətini təhlükə altında qoyaraq potensialımızı bölür və parçalayır”, - deyə o qeyd edib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az