Rusiyanın məşhur telekanalı Trampa iş təklif etdi: Ağ Evdən bir şey çıxmazsa...

Rusiyanın məşhur telekanalı Trampa iş təklif etdi: Ağ Evdən bir şey çıxmazsa...

 

Rusiyann Qərbdə fəaliyyəti birmənalı qarşılanmayan, əksər hallarda tənqid hədəfinə tuş gələn və müxtəlif ölkələrdə diskreditasiya ilə məşğul olduğu iddia edilən ”Russian Today” telekanalı (“RT”) ABŞ Prezidenti Donald Trampa iş təklif edib.

Teleqraf.com xəbər verir ki, “RT” hazırkı ABŞ liderinin telekanaldakı işinin necə ola biləcəyini nümayiş etdirən bir video yayımlayıb.

Videonun sonunda deyilir: “Cənab Tramp, Ağ Evdən bir şey çıxmazsa, hesab edin ki, bu, rəsmi bir təklifdir”.

Qeyd edək ki, noyabrın 3-də ABŞ-ın 46-cı prezidentini seçmək üçün seçkilər keçiriləcək.

“RT” səsvermə prosesini yaxından izləyəcəyini bəyan edib.

 

Mənbə: teleqraf.com