Ermənistanda general-leytenant rütbəsi verilmiş şəxs kimdir?

Ermənistanda general-leytenant rütbəsi verilmiş şəxs kimdir?

 

Sentyabrın 21-də Ermənistanın “müstəqilliyi”nin 29-cu ildönümü münasibətilə bir çox mükafatlandırmalar baş tutub. Ordu.az xəbər verir ki, 2018-ci ilin “1 Mart” hadisələri vaxtı vəzifə tutmuş Kamo Koçuntsun da mükafatlandırılmış şəxslər arasında olması maraqlıdır.

Qeyd edək ki, sentyabrın 21-də Ermənistan Müdafiə Nazirliyinin Hərbi Nəzarət Xidmətinin rəis müavini, general-mayor Kamo Qriqori Koçuntsa general-leytenant hərbi rütbəsi verilib.

Bəs o kimdir? Kamo Koçunts 2008-ci ildə İrəvan qarnizonunun rəisinin birinci müavini olub. İnqilabdan sonra o, 2018-ci il sentyabrın 7-də Ermənistan Baş naziri Nikol Paşinyanın əmri ilə baş hərbi müfəttişin birinci müavini təyin olunub.

Qeyd edək ki, Ermənistan Xüsusi İstintaq Xidmətinin məlumatlarına əsasən, ordunu siyasi proseslərə cəlb edərək məlum 0038 nömrəli əmr əsasında İrəvan qarnizonunun rəisinin administrasiyasını yaradılıb.

Əmri Ermənistan ozamankı Müdafiə naziri Mikayel Harutyunyan verib.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az