Ermənistanın müdafiə naziri Qarabağ separatçılarının rəhbəri ilə görüşdü “TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİNİN” MÜZAKİRƏSİ

Ermənistanın müdafiə naziri Qarabağ separatçılarının rəhbəri ilə görüşdü “TƏHLÜKƏSİZLİK PROBLEMLƏRİNİN” MÜZAKİRƏSİ

Ermənistanın müdafiə naziri David Tonoyan Qarabağ separatçılarının lideri Araik Arutyuninlə görüşüb.

Virtualaz.org bildirir ki, məlumatı erməni KİV-i yayıb.

Məlumata görə, Ermənistanın müdafiə naziri və Qarabağ separatçılarının lideri “təhlükəsizlik problemlərinı” müzakirə ediblər.

İşğal altında olan Qarabağdakı separatçı rejimin başçısı da vurğulayıb ki, "Ermənistan və Qarabağın hərbi imkanları daim genişləndirilməlidir".

Xatırladaq ki, ötən gün Qarabağ separatçılarının rəhbərləri ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında da görüş keçirilmişdi.

Virtualaz.org

Mənbə: virtualaz.org