"Dünya Müsəlman Alimlər Birliyi" baş katibi BƏƏ və Bəhreyni tənqid etdi

"Dünya Müsəlman Alimlər Birliyi" baş katibi BƏƏ və Bəhreyni tənqid etdi

Eastnews.org-un verdiyi xəbərə görə, "Dünya Müsəlman Alimlər Birliyi" baş katibi Əli əl-Qaradaği İsrail rejimi ilə diplomatik münasibətləri normallaşdıran dövlətləri yenidən tənqid edib.

Əli əl-Qaradaği açıqlamasında bildirib ki, Fələstin xalqına dəstək olmaq bütün müsəlmanların vəzifələridir.

"İsrail ilə münasibətləri normallaşdırmaq İslam dəyərlərinə ziddir. İsrail müsəlman torpaqlarını işğal edib", - deyə Əli əl-Qaradaği diqqətə çatdırıb.

O qeyd edib ki, İsrail rejimi bölgədə öz nüfuzunu gücləndirmək üçün başqa addımlar da atacaq.

Mənbə: eastnews.org