Türkiyədən 2 nəhəng müqavilə - Dünya gündəminə düşdü

Türkiyədən 2 nəhəng müqavilə - Dünya gündəminə düşdü

Türkiyə ilə Liviya arasında 2 nəhəng razılaşma əldə olunub.

Publika.az xəbər verir ki, bu barədə Liviyanın Müdafiə naziri Səlahəddin ən-Nəmruş sosial media hesabında məlumat yayıb.

Onun sözlərinə görə, ölkə ordusunu Türkiyə ilə birlikdə yenidən inşa edəcəklər. Artıq terrorla mübarizə və xüsusi qüvvələrin yaradılması proqramları tətbiq edilməyə başlanıb. Nazir qeyd edib ki, ilk təlim mərkəzi paytaxt Tripolinin qərbində hazırlanır. Nazirin bu açıqlaması dünya mediasında gündəm olub.

Razılaşma çərçivəsində Türkiyə Silahlı Qüvvələri təcrübəli əsgərlərini Liviya ordusuna göndərəcək. Liviya Silahlı Qüvvələrinin yenidən yaradılması, infrastrukturu, təlim, təşkilat, logistika və döyüş sistemlərinin ölkənin təhlükəsizliyini təmin edəcək şəkildə qurulması çərçivəsində işlər aparılacaq.

Ordu anlaşmasından sonra ölkənin maddi ehtiyaclarını yenidən inşa etmək və enerji əməkdaşlığı üçün də razılaşma əldə olunub. Türkiyə Neft Şirkəti (TPAO) ilə Liviya Milli Neft Şirkətinin ortaq aparacağı enerji layihələri çərçivəsində yeni neft və qaz istehsalı müəssisələrinin qurulması planlaşdırılır.

Zümrüd

Mənbə: publika.az