Türkiyədən tarixi Liviya addımı : Ankara 2 nəhəng anlaşma ilə dünyanı sarsıtdı

Türkiyədən tarixi Liviya addımı : Ankara 2 nəhəng anlaşma ilə dünyanı sarsıtdı

Türkiyə ilə Liviya arasında imzalanan hərbi və enerji müqavilələri dünya mediasının gündəmindədir.
Avropa.info xəbər verir ki, imzalanan tarixi müqavilələrdən sonra Türkiyənin biznes sektoru Liviya üçün hərəkətə keçib.

Liviya Müdafiə naziri Səlahəddin ən- Nəmruş sosial media hesabından etdiyi açıqlamada, ordunu Türkiyə ilə birgə yenidən inşa edəcəklərini bildirib. Nəmruş Türkiyənin Liviya ordusuna terrorla mübarizə təlimləri və xüsusi təyinatlıların qurulması üçün yardım etdiyini deyib.

Açıqlamaları ilə dünya mediasının gündəminə çevirilən Nəmruş, Türkiyənin Tripolinin qərbində Liviya ordusuna təlim keçdiyini qeyd edib.

Hərbi anlaşma ilə yanaşı iki ölkə arasında Liviyanın yenidən inşası və enerji işbirliyi müqavilələri də imzalanıb. Müqaviləyə görə, Türkiyənin neft şirkəti olan TPAO ilə Liviya Milli Neft Şirkətinin (NOC) ortaq enerji projeləri nəticəsində yeni neft və qaz təsislərinin qurulması planlaşdırılır.

Qərb mediasının yazdığına görə, Türkiyənin Liviya ilə imzaladığı müqavilələr bölgədə həm ABŞ və Fransanın, həm də Rusiyanın əlini zəiflədir.

Avropa.info

Mənbə: avropa.info