İlham Əliyevin BMT-dəki çıxışının vacib məqamları: Bu bir siqnladır - Millət vəkili

İlham Əliyevin BMT-dəki çıxışının vacib məqamları: Bu bir siqnladır  - Millət vəkili

 

Azərbaycan Prezidenti cənab İlham Əliyev BMT Baş Assambleyasının video formatda keçirilən 75-ci sessiyasındakı çıxışında bir sıra məsələlərə toxundu. Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti, münaqişənin dinc tənzimlənməsini əngəlləyən mövqe haqqında aydın, arqumentləşdirilmiş fikir bildirildi.

Bu sözləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirib.

O qeyd edib ki, BMT-nin 75 il bundan öncə yaradılmasının başlıca səbəbi beynəlxalq sülhü və təhlükəsizliyi təmin etməkdən ibarət olub: “BMT Baş katibi Antonio Quterreş təşkilatın əsas vəzifəsinin yeni dünya müharibəsinin qarşısını almaq olduğunu deyib. Burada həqiqət var, doğrudan da, 3-cü dünya müharibəsi baş vermədi. Amma müxtəlif xalqlara və dövlətlərə böyük zərər vuran çoxsaylı münaqişələrin qarşısı alınmadı. Ona görə də, BMT-nin öz funkisional vəzifələrini tam, uğurla həyata keçirdiyini düşünmək olmaz. Bu mənada Ermənistanın cəzasızlıq şəraitində Azərbaycana qarşı həyata keçirdiyi işğalçılıq siyasəti ayrıca vurğulanmalıdır”.

Deputat xatırladıb ki, Ermənistanın işğalçılıq siyasətinə qarşı BMT Təhlükəsizlik Şurası tərəfindən 4 qətnamə qəbul edilib: “Bu qətnamələrdə Azərbaycan torpaqlarının azad edilməsi tətələbi ifadə olunub. Buna baxmayaraq, işğalçı Ermənistan BMT-nin tələbinə uyğun hər hansı bir addım atmayıb. Bu, təbii ki, Ermənistanın işğalçı, irticaçı bir dövlət olduğunu aydın göstərir.

Eyni zamanda BMT-nin bir təşkilat kimi zəifliyinə dəlalət edən məqamlar da mövcuddur. Çünki BMT bir sıra məsələləri öz üçün proioritet qəbul etdiyi halda, digər qrup məsələlərə elə də əhəmiyyət vermir. Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qərar 24 saat ərzində icra edilməyə başladı. Amma üzərindən 27-28 ilə keçməsinə baxmayaraq BMT TŞ-nın Ermənistanın işğalçılıq siyasəti ilə bağlı qəbul etdiyi qətnamələr bu günə qədər icra edilməyib”.

Millət vəkili vurğulayıb ki, bu cür hallar Ermənistana cəzasızlıq şəraitində özünün işğalçılıq siyasətini davam etdirməyə imkan verir: “Digər tərəfdən, olduqca təhlükəli bir president yaranmış olur. Digər ölkələrin də analoji siyasət aparmaqda marağı yaranır”.

Elşad Mirbəşiroğlu hesab edir ki, cənab Prezidentin BMT-nin sessiyasındakı çıxışı Ermənistanın işğalçılıq siyasəti ilə bağlı beynəlxalq ictimaiyyətə növbəti bir siqnal idi: “Cənab Prezident öz nitqində BMT-nin müəyyən strukturlarında islahatların aparılması zəruriliyini səsləndirib. Bundan öncə də cənab Prezdent BMT daxilində islahatların vacibliyindən söz açmışdı. Digər dövlət rəhbərləri də zaman-zaman BMT-də islahatları dəstəkləyən fikirlər bildiriblər”.

Millət vəkilinin sözlərinə görə, ölkə rəhbərinin BMT Baş Assambleyasında çıxışı iki müstəvi üzərində Azərbaycanın beynəlxalq əməkdaşlıq sistemində qətiyyətli mövqeyini ifadə etmiş oldu:

“Prezident Assambleyada Qoşulmama Hərəkatının sədri kimi çıxış etdi. Bu platformada Azərbaycanın mövqeyini, hədəflərini, çağırışlarını ortaya qoymuş oldu. Eyni zamanda Azərbaycanın BMT üzvü kimi bir daha müasir dövlətlərarası münasibtlər sistemi ilə bağlı baxışları sərgiləndi.

Ermənistanın baş naziri Nikol Paşinyanın münaqişə vəziyyəti ilə bağlı absurd şərhinə cavab olaraq Azərbaycanın yegənə şərti vurğulandı. Bu, Azərbaycan ərazilərinin işğaldan azad olunmasıdır. Azərbaycanın haqlı mövqeyinin BMT səviyyəsində səsləndirilməsi indiki gərgin şəraitdə çox vacib idi”.

 

Mənbə: teleqraf.com