Ermənistan Baş nazirinin qorxuları

Ermənistan Baş nazirinin qorxuları

 

Ermənistanın siyasi sahəsindəki prosesləri izlədikdən sonra, müxalifət arasında konsolidasiya və ya bir fikir birliyi olmaması üçün hakimiyyətin hər şeyi etməyə çalışdığı açıq şəkildə görünür. “168.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyan hakimiyyət kreslosundan zövq alaraq müxalifət sektorunun konsolidasiyasını mümkün və qeyri-mümkün bütün vasitələrlə uğursuzluğa düçar etməyə çalışır.

“İqtidar düşərgəsində təzahür edən, müxalifətə qarşı bu cür hörmətsiz və kinayəli davranışın səbəbi budur. Hakimiyyət daim “Ermənistanda müxalifət, belə bir şey yoxdur” və ya “müxalifət rolunda qisasçılar meydana çıxıblar, nəyin bahasına olursa olsun geri hakimiyyətə dönməyə çalışırlar” və buna bənzər sadəlövh tezislər ortaya atır.

Paşinyan olduqca hiyləgər bir fiqur olaraq əlində 2.5 ildir ki, özü tərəfindən yaradılan və parlaq şəkildə faydalandığı “qızıl formulu” kozur kimi tutur, bu çox sadə bir formatdır. “Məni hakimiyyətdən uzaqlaşdırsanız, keçmiş iqtidar yenidən hakimiyyətə qayıdacaq”. Bu, hələ də işləyən bir formuldur, Paşinyan bu şəkildə oynayır və faktiki olaraq bu üsul hələ işləkdir.

Paşinyanın müxalifəti parçalamaqdakı növbəti strateji addımı Serj Sarkisyan və Robert Köçəryan ətrafında toxunan əfsanədir. Onun fikrincə Ermənistan Respublikasının iki prezidenti arasında ciddi bir ziddiyyət var, onlar arasında işbirliyi mümkün deyil.

Meydanda davamlı olaraq müxtəlif tezislər atılır, guya Köçəryan və keçmiş iqtidar partiyası olan “respublikaçılar” artıq bir dəfə yolu keçiblər və ikinci dəfə birləşmək mümkün deyil. Siyasi reallıq həqiqətləri ilə heç bir əlaqəsi olmayan, müxtəlif media platformalarından hökumətə xidmət edən “ekspert-analitiklər” tərəfindən həvəslə ortaya atılan iddialar, xüsusi hazırlanmış və hərtərəfli öyrənilmiş bir planın tərkib hissəsidir”, - deyə nəşr yazıb.

Müəllif qeyd edir ki, Paşinyan Sarkisyan-Köçəryan ittifaqından qorxur, çünki nə qədər “Ermənistanda hakimiyyət 20 ildən çox işğal altında olub”, “Robert Köçəryan və Serj Sarkisyan Ermənistanı qarət edib”, ““1 Mart” hadisəsinin onlar törədiblər” və ya ““27 Oktyabr” hadisəsinə görə məsuliyyət daşıyırlar” deyə hay-küy salsa da bunlar heç bir siyasi əsası və əsaslandırılması olmadan irəli sürülən sadəcə manipulyativ, populist bəyanatlardır.

“Buların sayəsində Paşinyan hakimiyyətə gələ bildi. Əminliklə vurğulaya bilərik ki, yuxarıda göstərilən iddiaların heç biri ilə bağlı bu iki il yarım ərzində heç bir sübut və ya əsaslı ittiham baş verməyib, heç baş tutmayacaq.

Növbəti açıq şəkildə hiss olunan qorxu, Paşinyan tərəfindən hər gün daşqalaq olunması həyata keçirilən, siyasi birliklərinə hər cür mane olmağa, siyasi işbirliklərinin mümkün gələcək inkişaflarını ələ salmağa çalışdığı müxalifətin digər hissəsinin tərkibi olan Çiçəklənən Ermənistan – Daşnaksutyun - Vətən blokudur. Fərqli cinayət işlərini “tikməyə” və ya ən azından bu blokun rəhbərlərini şahid qismində müxtəlif məhkəmə işləri çərçivəsində hüquq mühafizə və istintaq orqanlarına çağırılmasına hər cür cəhd göstərmələrinin səbəbi budur. Bunlar cəmiyyətdə manipulyasiya edərək həmin birliyin adını çəkməyə və ləkələməyə çalışılan taktiki sxemlərdir.

Eyni zamanda, Paşinyan “Parlaq Ermənistan” baxımından arxayındır, çünki bu siyasi birliyi ciddi qəbul etmir. Üstəlik, “Lusavor” partiyası öz axan davranışı və addımları ilə özünü belə yöndəmsiz bir vəziyyətə salıb.

Bu siyasi birliyin istəkləri dürüst olsa belə, birbaşa heç bir alt kontekst olmasa da, partiya hökuməti sərt şəkildə tənqid etmir və “yumşaq güc”, əslində “və-və”, daha çox – “yaxud-yaxud” istifadə etməklə siyasət yürüdür.

Yekun vuraraq, qeyd etmək olar ki, Paşinyan cəmiyyətdə nifrət və qarşılıqlı inamsızlıq yaratmağa davam edərək, hakimiyyəti ələ keçirmə ömrünün müddətini uzadır”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu


https://168.am/2020/09/09/1364009.html?fbclid=IwAR1XcbjEZn1Oi5P_TEu3xm-ItKSBGMmIa_ozpXDJ0oz0IwEHZ-UIjaG5TBI
Paşinyanın qorxuları

Ermənistanın siyasi sahəsindəki prosesləri izlədikdən sonra, müxalifət arasında konsolidasiya və ya bir fikir birliyi olmaması üçün hakimiyyətin hər şeyi etməyə çalışdığı açıq şəkildə görünür.

“168.am” nəşrində dərc olunan məqalədə qeyd olunur ki, Paşinyan hakimiyyət kreslosundan zövq alaraq müxalifət sektorunun konsolidasiyasını mümkün və qeyri-mümkün bütün vasitələrlə uğursuzluğa düçar etməyə çalışır.

“İqtidar düşərgəsində təzahür edən, müxalifətə qarşı bu cür hörmətsiz və kinayəli davranışın səbəbi budur. Hakimiyyət daim “Ermənistanda müxalifət, belə bir şey yoxdur” və ya “müxalifət rolunda qisasçılar meydana çıxıblar, nəyin bahasına olursa olsun geri hakimiyyətə dönməyə çalışırlar” və buna bənzər sadəlövh tezislər ortaya atır.

Paşinyan olduqca hiyləgər bir fiqur olaraq əlində 2.5 ildir ki, özü tərəfindən yaradılan və parlaq şəkildə faydalandığı “qızıl formulu” kozur kimi tutur, bu çox sadə bir formatdır. “Məni hakimiyyətdən uzaqlaşdırsanız, keçmiş iqtidar yenidən hakimiyyətə qayıdacaq”. Bu, hələ də işləyən bir formuldur, Paşinyan bu şəkildə oynayır və faktiki olaraq bu üsul hələ işləkdir.

Paşinyanın müxalifəti parçalamaqdakı növbəti strateji addımı Serj Sarkisyan və Robert Köçəryan ətrafında toxunan əfsanədir. Onun fikrincə Ermənistan Respublikasının iki prezidenti arasında ciddi bir ziddiyyət var, onlar arasında işbirliyi mümkün deyil.

Meydanda davamlı olaraq müxtəlif tezislər atılır, guya Köçəryan və keçmiş iqtidar partiyası olan “respublikaçılar” artıq bir dəfə yolu keçiblər və ikinci dəfə birləşmək mümkün deyil. Siyasi reallıq həqiqətləri ilə heç bir əlaqəsi olmayan, müxtəlif media platformalarından hökumətə xidmət edən “ekspert-analitiklər” tərəfindən həvəslə ortaya atılan iddialar, xüsusi hazırlanmış və hərtərəfli öyrənilmiş bir planın tərkib hissəsidir”, - deyə nəşr yazıb.

Müəllif qeyd edir ki, Paşinyan Sarkisyan-Köçəryan ittifaqından qorxur, çünki nə qədər “Ermənistanda hakimiyyət 20 ildən çox işğal altında olub”, “Robert Köçəryan və Serj Sarkisyan Ermənistanı qarət edib”, ““1 Mart” hadisəsinin onlar törədiblər” və ya ““27 Oktyabr” hadisəsinə görə məsuliyyət daşıyırlar” deyə hay-küy salsa da bunlar heç bir siyasi əsası və əsaslandırılması olmadan irəli sürülən sadəcə manipulyativ, populist bəyanatlardır.

“Buların sayəsində Paşinyan hakimiyyətə gələ bildi. Əminliklə vurğulaya bilərik ki, yuxarıda göstərilən iddiaların heç biri ilə bağlı bu iki il yarım ərzində heç bir sübut və ya əsaslı ittiham baş verməyib, heç baş tutmayacaq.

Növbəti açıq şəkildə hiss olunan qorxu, Paşinyan tərəfindən hər gün daşqalaq olunması həyata keçirilən, siyasi birliklərinə hər cür mane olmağa, siyasi işbirliklərinin mümkün gələcək inkişaflarını ələ salmağa çalışdığı müxalifətin digər hissəsinin tərkibi olan Çiçəklənən Ermənistan – Daşnaksutyun - Vətən blokudur. Fərqli cinayət işlərini “tikməyə” və ya ən azından bu blokun rəhbərlərini şahid qismində müxtəlif məhkəmə işləri çərçivəsində hüquq mühafizə və istintaq orqanlarına çağırılmasına hər cür cəhd göstərmələrinin səbəbi budur. Bunlar cəmiyyətdə manipulyasiya edərək həmin birliyin adını çəkməyə və ləkələməyə çalışılan taktiki sxemlərdir.

Eyni zamanda, Paşinyan “Parlaq Ermənistan” baxımından arxayındır, çünki bu siyasi birliyi ciddi qəbul etmir. Üstəlik, “Lusavor” partiyası öz axan davranışı və addımları ilə özünü belə yöndəmsiz bir vəziyyətə salıb.

Bu siyasi birliyin istəkləri dürüst olsa belə, birbaşa heç bir alt kontekst olmasa da, partiya hökuməti sərt şəkildə tənqid etmir və “yumşaq güc”, əslində “və-və”, daha çox – “yaxud-yaxud” istifadə etməklə siyasət yürüdür.

Yekun vuraraq, qeyd etmək olar ki, Paşinyan cəmiyyətdə nifrət və qarşılıqlı inamsızlıq yaratmağa davam edərək, hakimiyyəti ələ keçirmə ömrünün müddətini uzadır”, - deyə məqalədə qeyd olunur.

Alpər Mövludoğlu
Ordu.az

 

Mənbə: ordu.az