Rusiya muzdlularının xəritəsində Azərbaycan - Beynəlxalq Hesabat

Rusiya muzdlularının xəritəsində Azərbaycan - Beynəlxalq Hesabat

ABŞ Afrika, Yaxın Şərq və Cənubi Asiyadan hərbi qüvvələrini geri çəkdiyi zamanda Rusiya bu bölgələrdə öz qüvvələrini artırır. Lakin Rusiya ordusunun əsgərlərini deyil, xüsusi təyinatlı qoşunları, “Vaqner Qrupu” kimi muzdlu dəstələri, kəşfiyyat əməkdaşları və s. yerləşdirir.

Moskvanın muzdlulardan istifadəsi son zamanlarda hərbi və geosiyasi qazanclar əldə etmək niyyəti ilə daha da geniş yayılıb. Eurasia Diary xəbər verir ki, bu barədə Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzi (Center for Strategic & International Studies) "Moscow's Mercenary Wars" (Moskvanın Muzdlu Müharibəsi) başlıqlı hesabatında məlumat yayımlanıb.

Muzdluların əsas məqsədi yerləşdirildikləri regionda Rusiyanın milli təhlükəsizlik maraqlarının təminatı və Moskvanın siyasətini yerinə yetirməkdir.

Ukrayna bu strategiyanın ilkin ərazisi olub. Bundan əlavə Suriya, Liviya, Venesuela, Mozambik və s. kimi yerlər də göstərilib. Hesabatda verilən xəritədə Azərbaycanın da daxil olması diqqəti cəlb edir. Xəritədə isə bu qrupların 2016-cı ildən etibarən yerləşdirildiyi göstərilir. Qeyd edək ki, 2016-cı il Dağlıq Qarabağ münaqişəsində atəşkəs imzalandığı zamandan etibarən ilk irihəcmli hərbi qarşıdurma olan "Aprel Döyüşləri" ilə yadda qalıb.

Beləki, Rusiyanın 4 qitədə 30-dan çox ölkədə yuxarıda qeyd olunan ünsürlərdən istifadə etdiyi bildirilib.

Mənbə: ednews.net