Prezidentin “Ermənistan yeni hərbi təcavüzə hazırlaşır” bəyanatını təsdiqləyən fotofakt

Prezidentin “Ermənistan yeni hərbi təcavüzə hazırlaşır” bəyanatını təsdiqləyən fotofakt

Məlum olduğu kimi,prezident İlham Əliyev BMT Baş Assamblyeasının 75-ci sessiyasındakı çıxışındaişğalçı Ermənistanın yeni müharibəyə hazırlaşdığını bildirib.

 

Moderator.az xəbər verirki, artıq düşmən mediası və sosial şəbəkələrində ali baş komandanın bu sözlərinitəsdiq edən fotolar yer almaqdadır. Belə ki, erməni mənbələri son günlərQarabağdakı erməni hərbi hissələrinə səyyar mətbəx və sanitar qovşaqlarının gətirildiyinivurğulayıb, bununla bağlı fotolar yerləşdiriblər. Dəmir konstruksiyadan vaqonformasında hazırlanan yeni səyyar məntəqələrin Qarabağa gətirilməsi üçün ianəkampaniyalarının davam etdirildiyi vurğulanır.

 

Xatırladaq ki, uzun illərdirki, iqtsiadi-maliyyə baxımından acınacaqlı durumda olan Ermənistanda ordunun əksərehtiyaclarını yarımçıq şəkildə, əsasən xaricdən yığılan ianələr hesabına ödənilir.İanələr hesabına, yarıac-yarıtox şəkildə ayaqda duran, fərarilik və “dedovşina”kimi hallardan əziyyət çəkən erməni ordusunun Azərbaycan ordusu qarşısındaduruş gətirməsi isə sadəcə mümkünsüzdür.

 

Seymur ƏLİYEV

 

 

 

Mənbə: moderator.az