"Donuzu-işğalçıları payanın qabağına qatıb darıdan çıxarmaq lazımdır..."

"Donuzu-işğalçıları payanın qabağına qatıb darıdan çıxarmaq lazımdır..."

“Əhmədlidə bir dənə balkon çıxaranda hamısı bilir, bəs indi bilmirlər nə hadisələr baş verir?”

“Ermənistan bundan təxminən on il öncədən başlayaraq nə edirsə, bu siyasət yox, bizi ələ salıb, dolamaqdı. Yəni bunu başa düşmək belə çətindir?”

Bunu Moderator.az-a açıqlamasında Əməkdar artist Azad Şükürov deyib. A.Şükürov düşmənlə danışıqların mənasız olduğunu bildirib:

“Həyatda çətinliklə üzləşəndə birbaşa üzümü bizim folklorumuza tuturam. Əfsanələrdə, atalar sözlərində, rəvayətlərdə bütün çətin məqamların açılışı olur. Deyirlər ki, “nağıl yalan olsa da, ondan dərs alar qoçaq”. Qardaş, atalar deyib ki, “donuza ho-ho deməklə darıdan çıxarmaq olmaz”, onu payanın qabağına qatıb çıxarmaq lazımdır. Qaradan artıq rəng olmaz. Ermənistan bundan təxminən on il öncədən başlayaraq nə edirsə, bu siyasət yox, bizi ələ salıb, dolamaqdı. Yəni bunu başa düşmək belə çətindir? Mən anlayıram beynəlxalq aləm, sağ-sol, ingilis, rus var, uşaq deyiləm, bunların hamısını yaxşı başa düşürəm. Amma hər şeyin də bir həddi-hüdudu var axı, qardaş. Böyüklü-kiçikli gedib düşmənlə üz-üzə dayanıb bütün dünyaya göstərmək lazımdır ki, biz kimlə vuruşuruq. Ola bilməz ki, haqq bizim tərəfimizdə olmasın, göydən Allah baxır, bu dərəcədə adamı ələ salmazlar. Paşinyan arvadını göndərir Şuşada silahla şəkil çəkdirir. İndi bunu dünya görmür ki? Bəlkə desinlər ki, görmürük. Bunun artıq ölçüsü yoxdur, hara yazaq, heç bir beynəlxalq qanunlara uyğun olmayan addımlar atırlar. Biz də durub hələ beynəlxalq aləmdən nəsə gözləyirik. Hər şey qurtardı. Yoxsa bir deyələr ki, Amerikanın, İngiltərənin, Rusiyanın Xocalıdan xəbəri yoxdur. Əhmədlidə bir dənə balkon çıxaranda hamısı bilir, bəs indi bilmirlər nə hadisələr baş verir? Ermənilərin etdiyini indi də biz etməliyik. Danışılan söhbətlərin heç birisinə inanmıram, hamısı boş-boş şeylərdir”.

Vasif Əlihüseyn

 

 

Mənbə: moderator.az