"Azərbaycan və Türkiyənin bəyənatları müharibəyə hazırlıq mənasına gəlir" - Ermənistan parlamentində narahatlıq

"Azərbaycan və Türkiyənin bəyənatları müharibəyə hazırlıq mənasına gəlir" - Ermənistan parlamentində narahatlıq

Bu gün Ermənistan parlamentinin toplantısında müxalif “Çiçəklənən Ermənistan” partiyasının üzvləri Dağlıq Qarabağ münaqişəsi və Azərbaycan-Türkiyə əməkdaşlığı ilə bağlı narahatlıqlarını dilə gətiriblər.

Eurasia Diary bu barədə erməni KİV-ə istinadən xəbər verir ki, partiyanın katibi olan Armon Abovyan Azərbaycanla Türkiyənin həm xarici işlər nazirlərinin və hərbi elitalarının birgə əməkdaşlıqlarının intensivliyini qeyd edib.

O, yaxın zamanlarda iki tərəfdən ifadə olunan bəyənatların narahatlıq doğurduğunu bildirib.

“Bu ifadələr açıq olaraq müharibəyə hazırlıq mənasına gəlir”, deyə Abovyan söyləyib.

O, Ermənistanın bu barədə bütün mümkün və qeyri-mümkün kanallarla beynəlxalq qurumları xəbərdar etməli olduğunu bildirib.

Mənbə: ednews.net