“Xüsusi xidmət orqanlarımızın erməni terrorizminə qarşı mübarizədə lazımi addımlar atdığına əminəm”

“Xüsusi xidmət orqanlarımızın erməni terrorizminə qarşı mübarizədə lazımi addımlar atdığına əminəm”

Əliməmməd Nuriyev: “Bu mübarizədə MOSSAD nümunəsindən istifadə daha faydalı olar”

Xəbər verdiyimiz kimi, AzərbaycanRespublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri, Milli MəclisdəXankəndini təmsil edən deputat Tural Gəncəliyev erməni terrorçularının təhdidinəməruz qalıb.Belə ki, Fətəli xan Xoyski, Beybud xan Cavanşir kimi Azərbaycanıngörkəmli ziyalılarının qətlinə imza atan "Nemesis" terror təşkilatı budəfə deputat Tural Gəncəliyevi “səni tapacağıq” sözləri ilə “yad edib”.

Vətəndaşlarımız üçün təhdidvə təhlükə mənbəyi olan erməni terror təşkilatlarına qarşı mübarizə məsələsindəxüsusi xidmət orqanlarımızın üzərinə hansı vəzifələr düşür? Dünyanın harasındaməskunlaşmasından asılı olmayaraq, soydaşlarımızı təhdid edən, onları terrorlahədələyən ermənilərin tapılıb zərərsizlşdirilməsi nə dərəcədə vacibdir?

Moderator.az-a açıqlamaverən hüquqşünas Əliməmməd Nuriyev Azərbaycanın xüsusi xidmət orqanlarının buyöndə lazımi fəaliyyət ortaya qoyduğuna inandığını vurğuladı:

“Öncə qeyd edim ki, terrorermənilərin mahiyyətindədir. Ermənilər tarixən çoxlu terror təşkilatlarıyaradıb və bu gün də belə terror təşkilatları mövcuddur. Insanları məhv etmək,onlara qarşı terror aktları törətmək bu təşkilatların ruhunu təşkil edir. Bu təhlükənidiqqətə almaq lazımdır. Əminəm ki, bizim xüsusi xidmət orqanları erməni terrortəşkilatları ilə bağlı lazımi addımlar atmaqdadırlar.

Hesab edirəm ki, erməniterroru və terror təşkilatları ilə bağlı Minsk qrupu həmsədrlərini, həmsədrdövlətləri, beynəlxalq təşkilatları ətraflı məlumatlandırmaq lazımdır. Azərbaycanerməni terrorurunun davam etdiyini mütəmadi şəkildə bəyan etməlidir.

Azərbaycan xüsusi xidmətorqanları erməni terrorizminin qarşısını almaq üçün müvafiq işlər görməkdədir.Hazırkı şəraitdə bu məsələ xüsusi ilə aktuallıq təşkil edir. Ermənilərzaman-zaman Azərbaycanın müxtəlif şəhərlərində terror aktları həyata keçirməyəcəhd edib və yəqin ki, bundan sonra da bu cür cəhdlər olacaq. Tovuz hadisələrindəmülki vətəndaşımızın və hərbçilərimizin şəhid edilməsi də terror hadisəsidir.

İnanıram ki, xüsusi xidmətorqanlarımız erməni terroruna qarşı mübarizədə beynəlxalq tərəfdarlarla da işləyir.Bu məsələdə İsrailin MOSSAD təşkilatının nümunəsindən istifadə edilməlidir. Haradaterrorla məşğul olan, dövlətimiz, vətəndaşlarımız üçün təhlükə kəsb edən terroristvarsa, o, zərərsizləşdirilməlidir. Çünki terrora qarşı mübarizə yalnızterroristin məhv edilməsi fonunda effekt verə bilər. Azərbaycan ərazilərininişğalı da erməni terroruna bir nümunədir. Bu baxımdan erməni terrorizminə qarşımübarizənin qətiyyətlə davam etdirilməsini zəruri hesab edirəm”.

Mənbə: moderator.az