ABŞ prezident debatlarının mövzuları açıqlandı

ABŞ prezident debatlarının mövzuları açıqlandı

ABŞ prezident debatlarının moderatoru prezidentliyə Demokrat namizəd Co Bayden və hazırkı Respublikaçı prezident Donald Tramp arasında 29 sentyabrda keçiriləcək debatlar zamanı altı başlıca məsələnin müzakirə ediləcəyini bildirib.

Tramp və sabiq Vitse-Prezident Bayden mövcud Ali Məhkəmə vakansiyası, COVID-19, iqtisadiyyat, Amerika şəhərlərindəki irqçilik və zorakılıqlar, habelə seçkilərin bütövlüyünü müzakirə edəcəklər.

Mövzular Fox News jurnalisti, moderator Kris Vallas tərəfindən seçilib.

Vaşinqton vaxtı ilə saat 21:00-da başlanacaq debat namizədlərin hər mövzuya 15 dəqiqəlik cavabları ilə 90 dəqiqə sürəcək. Debatlar zamanı reklamlara yer verilməyəcək.

Mövzuların siyahısı yeniliklərə uyğun olaraq dəyişdirilə bilər.

İlk debatın Case Western Reserve Universiteti və Ohayo ştatının Klivlend Klinikasında keçirilməsi planlaşdırılır.

Mənbə: www.amerikaninsesi.org