“Sülhməramlıların Qarabağa yerləşdirilməsi Azərbaycanı qane edə bilməz” - Politoloq

“Sülhməramlıların Qarabağa yerləşdirilməsi Azərbaycanı qane edə bilməz” - Politoloq

“Ermənistan-Azərbacyan Qarabağ münaqişəsilə bağlı Lavrov planı Dağlıq Qarabağın ətraf rayonlarının işğaldan azad edilməsi və bölgəyə sülhməramlıların yeridilməsi məqsədini daşıyır. Sülhməramlıların Qarabağa yerləşdirilməsi məsələsi Azərbaycanı qane edə bilməz. Biz çox yaxşı bilirik ki sülhməramlıları bölgəyə yerləşdirməklə Rusiya hansı məqsədi güdə bilər. Yaxın tarixdə Krımda, Osetiya və Abxaziyada olanları da unutmamalıyıq”.

Bunu Bizimyol.info-ya açıqlamasında politoloq Zaur Məmmədov bildirib.

Politoloq qeyd edib ki, Ermənistan da Rusiya Xarici İşlər naziri Lavrovun planını qəbul etmir: “Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın işğal olunmuş rayonların geri qayatrılması ilə bağlı öhdəlik götürmüşdü. Amma daxili Sarkisyan daxili prosesləri oyatmaqla bu öhdəlikdən yayındı. Münaqişənin nizamlanması üçün bütün ərazilərdə Azərbaycan hakimiyyəti bərqərar olmalıdır. Amma bu asan proses deyil”.

Z.Məmmədov bildirib ki, ATƏT-in Minsk Qrupunun həmsədrlər ölkələrinin Cənubi Qafqazda olan maraqları Ermənistanın maraqları ilə üst-üstə düşür: “Onlar münaqişənin nizamlanması haqqında düşünmürlər. Onlar bölgədə öz mövqelərini və Azərbaycana təsir imkanlarını gücləndirmək istəyirlər”.

Mənbə: www.bizimyol.info