İcra başçısı kəndin ağsaqqalları və ziyalıları ilə görüşdü - FOTO

İcra başçısı kəndin ağsaqqalları və ziyalıları ilə görüşdü - FOTO

Goranboy rayon İcra Hakimiyyətinin başçısı Gürzallar kəndində sakinlərin problemlərini dinlədi, ağsaqqal və ziyalılarla görüşüb.

Modern.az xəbər verir ki, icra başçısı Məhərrəm Quliyev yeni tikiləcək modul tipli məktəbin yerinin müəyyənləşdirilməsi, kəndin elektrik, içməli su, yol, rabitə və təbii qazla bağlı mövcud problemlərinin həlli ətrafında müzakirələr apardı.

İcra başçısı kəndin təbii qaz təchizatı ilə bağlı aidiyyəti üzrə müraciət olunduğu və kəndə gələn avtomobil yolunun asfaltlaşdırılması üçün layihə sənədləşmə işlərinə başlanıldığını bildirdi.

Mənbə: modern.az