BMT Baş katibi: “Bəşəriyyət pandemiya testindən keçə bilmədi”

BMT Baş katibi: “Bəşəriyyət pandemiya testindən keçə bilmədi”

Bəşəriyyət COVID-19 pandemiyasının testindən keçə bilməyib.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyi BMT Baş katibi Antonio Guterresə istinadən yayıb.

O, Təhlükəsizlik Şurasının virusla bağlı iclasında bildirib ki, pandemiya beynəlxalq əməkdaşlıq üçün uğursuz bir sınaq oldu.

Onun sözlərinə görə, virus artıq dünyada təxminən 1 milyon insanı öldürüb, 30 milyondan çox insanı isə yoluxdurub.

“O, nəzarətdən çıxdı” deyib.

Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, 24 sentyabr tarixinə dünyada ümumilikdə 31.664.104 koronavirus hadisəsi qeydə alınıb ​​və 972.221 nəfər vəfat edib.

Guterres bundan əvvəl COVID-19 pandemiyasını “Qiyamətin beşinci atlısı” adlandırmışdı.

Babək Göyüş

Mənbə: konkret.az