Putinin namizədinə qalib gələn xadimə: “Necə işləyəcəyimi bilmirəm”

Putinin namizədinə qalib gələn xadimə: “Necə işləyəcəyimi bilmirəm”

Kostroma bölgəsində bir xadimə seçkilərdə "Vahid Rusiya”nın namizədini məğlub edib, indi isə bu vəzifədə necə işləyəcəyini bilmir.

Qaynarinfo xəbər verir ki, Bölgə seçki komissiyasında bildirildiyi kimi, Marina Uqdodskaya kəndinin administrasiyasının xadiməsi səslərin demək olar ki, 62 faizini alaraq Povalixa kənd yaşayış məntəqəsinin rəhbəri olub. "Vahid Rusiya”dan seçilən kənd yaşayış məntəqəsinin hazırkı başçısı Nikolay Loktevə yeganə rəqib olub. Qadının "Podyom” qəzetinə verdiyi məlumata görə, Loktev özü onun namizəd göstərilməsini məsləhət bilib. "İnterfaks” xəbər verir ki, nəticədə Nikolay Loktev seçicilərin yalnız 34.04%-nin dəstəyini qazanıb.

"Namizədliyimi özüm irəli sürmədim. Nikolay Sergeyeviç Loktev məndən xahiş etdi. Sadəcə, başqa heç kim yox idi və mən də namizədliyə məcbur oldum. Kömək etmək istədim. Onunla ikimizdik elə. Mənə səs verəcəklərini düşünmürdüm, belə bir şeyin baş verəcəyi gözlənilməzdi. Ümumiyyətlə heç nə etmədim, amma insanlar gəlib səs verdilər. Mənim 84 səsim vardı, Loktevdə isə hardasa 46. 1 oktyabrda vəzifəmə başlayıram. Ümumiyyətlə, bilmirəm ki, vəzifəm nədən ibarətdi. Dörd il təmizlik işinə baxmışam, indi də beşinci ildir. Dedilər, əvvəl necə işləyirdinsə, ayın 30-na qədər elə işlə. Bundan sonra nə olacaq, heç kim bilmir. Daxilən hazır deyiləm. Çətindi də: mənim sənəd-sünəddən nə başım çıxır”, - Uqdodskaya "Podyom”a deyib.

Siyasətçi Dmitri Qudkov onu vəzifəsindən imtina etməməyə çağırıb: "Əvvəl hansı işdə işləməyinizin, təcrübənizin olub-olmaması vacib deyil. Birincisi yalnız oğurlamamalı və insanlarla danışmalısan". Onun fikrincə, Marina prezident seçkilərində qalib gəlmək şansına da sahibdir - siyasətçinin inanır ki, ruslar hər şeydən çox dəyişiklik istəyirlər.

Mənbə: qaynarinfo.az