Deputat Ələsgərli kəndinin problemlərini sadaladı: “Su, yol, işıq, məktəb...”

Deputat Ələsgərli kəndinin problemlərini sadaladı: “Su, yol, işıq, məktəb...”

“Seçki dairəmə məxsus kəndlər arasında ən çətin vəziyyətdə olan, ən çox problemi olan kənd hansıdır sual etsələr, əminliklə Ələsgərli kəndi deyə cavab verərdim”.

Cebhe.info xəbər verir ki, bunu deputat Nurlan Həsənov deyib. N.Həsənov bildirib ki, kənddə yol infrastrukturu yoxdur, içməli və suvarma suyu çatışmazlığı var, kənddə 100-ə yaxın ailə bir bulaqdan istifadə edir, qonşu kəndlərdə qaz xətti olsa da, Ələsgərli kəndinə qaz xətti çəkilməyib, işıq dirəkləri və naqillər yarasız vəziyyətdədir, məktəbin təmirə ehtiyacı var.

Deputat qeyd edib ki, müvafiq qurumlara qeyd edilən problemlər çatdırılacaq: “Ümid edirəm öz həllini tapar və Ələsgərli kəndinin sakinlərinin yaşayış səviyyəsinə müsbət təsir edər”.

Vilayət Muxtar
Cebhe.info

Mənbə: cebhe.info