İran Türkiyə ilə birgə, blokadaya salınan Qətərə yardımı davam etdirəcəyini bildirib

Cavad Zərif bildirib ki, İran Türkiyə ilə birgə, üç il bundan öncə başlatdığı Qətərə dəstək siyasətini davam edtdirir...

“Türkiyə, İran və Qətər üçlüyünün əməkdaşlığı davam edir. Bu əməkdaşlığın əsas məqsədlərindən biri də Səudiyyə və digər üç dövlət tərəfindən sanksiya və blokadaya məruz qalan Qətərə dəstək olmaqdır.”

İnterAz SalamNews-a istinadla xəbər verir ki, bunu İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif deyib.Cavad Zərif bildirib ki, İran Türkiyə ilə birgə, üç il bundan öncə başlatdığı Qətərə dəstək siyasətini davam edtdirir.

O bildirib ki, İran rəsmi Dohaya dəstək üçün öz bütün limanlarını Türkiyənin və Qətərin ixtiyarında qoyub.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı komandası 2017-ci ildə Qətəri “terror”u (İxvanəl-Müslimin) dəstəkləməkdə ittihamlandıraraq, bu ölkə ilə bütün siyasi, iqtisadi və mədəni əlaqələri dayandırıb və rəsmi Dohaya qarşı bir sıra sanksiyalar tətbiq edib. Bu hadisədən sonra Türkiyə Qətərə əlavə hərbi qüvvələr göndərib.

Interaztv.com

ƏVVƏLKİ XƏBƏR

Ədliyyə Akademiyasında ilkin hazırlıq kursunu bitirmiş mediatorların tədbiri keçirilib

SONRAKI XƏBƏR

Başı onlayn dərsə qarışan müəllimin uşağı 7-ci mərtəbədən yıxılıb öldü - FOTO