Finlandiya gələn il keçirilməsi nəzərdə tutulan beynəlxalq hərbi təlimləri ləğv edib

Finlandiyada gələn il “ARCTIC LOCK 2021” adlı beynəlxalq hərbi təlimin keçirilməsi planlaşdırılmışdı. Ordu.az xəbər verir ki, Finlandiya ordusunun 2021-ci ildəki ən böyük hərbi manevri olacaq təlimlərdə ümumilikdə 13 əsas tərəfdaş ölkə, habelə Aİ və NATO-dan heyət və müşahidəçilər dəvət edilmişdi.

Finlandiya rəsmiləri bildirir ki, COVID-19 pandemiyası səbəbindən tətbiq olunan bəzi qadağalara görə təlimlərə hazırlıq prosesini həyata keçirmək mümkün deyil.

Bunları nəzərə alaraq Finlandiya hökuməti “ARCTIC LOCK 2021” təlimlərini ləğv edib.

Beynəlxalq təlimin əvəzinə milli hərbi təlimlərin keçirilməsi planlaşdırılır.
 

 

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

"O xəbəri eşidəndə Messiyə "İnstaqram"da mesaj yazdım" - Di Mariya

SONRAKI XƏBƏR

Peyvəndin tərkibində alüminium və civə varmı? - VİDEO