ASALA və PKK terrorçuları Dağlıq Qarabağa toplanır - Politoloq

ASALA və PKK terrorçuları Dağlıq Qarabağa toplanır - Politoloq

Ermənistan müxtəlif ölkələrin terrorçularını, o cümlədən ASALA və PKK-ya bağlı erməni batalyonlarını Dağlıq Qarabağa toplayır. Son məlumatlara görə, terrorçu YPG-nin nəzarətində olan və təxmini sayı 750 nəfərdən ibarət olan “Nübar Ozanyan” erməni əsilli suriyalılar artıq Dağlıq Qarabağda yerləşiblər. Belə olan halda bizə nə mane olur ki, türk legionu formalaşdırmayaq?

Unikal.org xəbər verir ki, bu barədə “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu yazıb.

Ekspertin sözlərinə görə, ordumuzla paralel türkdilli, o cümlədən dost dövlətlərdən Azərbaycan üçün savaşmaq istəyən minlərlə insan toplamaq olar.

“Qərb dövlətlərində də bu praktika var. Orduları da var, legionları və müqavilə əsasında çalışan hərbləşdirilmiş şirkətlərlə əməkdaşlıqları da mövcuddur. Legonlarında müqavilə əsasında müxtəlif dövlətlərin vətəndaşları xidmət edir və yüksək maaş müqabilində ən çətin tapşırıqları yerinə yetirirlər. Bunu biz də edə bilərik. Bunun həm də geosiyası əhəmiyyəti var, Azərbaycanın tək olmadığını göstərərik”, - deyə politoloq yazıb.

Mənbə: www.unikal.org