ÜST koronavirus haqqında şayiələrin təhlükəsi barədə xəbərdarlıq etdi

Bakı. Trend:

COVID-19 pandemiyası ilə bağlı yoxlanılmamış şayiələr və yalan məlumatlar virusun özü qədər təhlükəlidir.

Trend-in məlumatına görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının baş direkotru Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adanom Gebreyesus BMT Baş Assambleyasının 75-ci sessiyası çərçivəsində təşkil olunmuş vebinar zamanı çıxışıdan deyib.

O bildirib ki, koronavirus dünyada yayılmağa başlayan kimi çoxlu şayihələr, yalan məlumatlar və dezinformasiya yaranmağa başladı:

“Çox sayda insan yalan məlumatlar üzündən özünü zərər yetirdi, digər insanlar isə, əksinə, təhlükəsizlik tədbirlərindən imtina etdilər. İnsanlar virus haqqında dəqiq məlumata malik olacağı təqdirdə, biz bu virus üzərində tam nəzarət əldə edəcəyik”.

Trend.az

ƏVVƏLKİ XƏBƏR

Azərbaycanda ilk borc fondu təsis edilib

SONRAKI XƏBƏR

Xarici işlər naziri: Gürcüstan-Azərbaycan humanitar münasibətləri genişlənməkdə davam edəcək