Ərdoğan Təhlükəsizlik Şurasının çağırdı - Təcili iclas

Ərdoğan Təhlükəsizlik Şurasının çağırdı - Təcili iclas

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyində Milli Təhlükəsizlik Şurasının toplantısı başlayıb.

Teleqraf.com xəbər verir ki, toplantıda Türkiyənin gündəmində yer alan əhəmiyyətli məsələlər müzakirə olunacaq.

Xüsusilə Şərqi Aralıq dənizi ətrafında ard-arda kritik proseslər müşahidə olunur. Ehtimal olunur ki, Yunanıstanla bağlı gərginlik və dialoq məsələsi də müzakirəyə çıxarılacaq. Bundan başqa, Liviya və Suriya məsələsi də Təhlükəsizlik Şurasının diqqətində olacaq.

Türk mediasına görə, Türkiyənin ölkə xarici və daxilində davam edən terror əməliyyatları da diqqətdə olacaq.

Mənbə: teleqraf.com