ABŞ İrana təzyiq göstərməsinin səbəbini açıqladı

ABŞ İrana təzyiq göstərməsinin səbəbini açıqladı

Eastnews.org-un verdiyi xəbərə görə, ABŞ Dövlət Departamentinin mətbuat katibi Morqan Ortaqus bir daha Ağ Evin İrana qarşı maksimum təzyiq siyasətlərini tətbiq etməyə davam edəcəyini bildirib.

Dünən CNBC-yə danışan Ortaqus Vaşinqtonun İrana təzyiqi artırmaq məqsədinin Tehran rəhbərliyini müzakirə masasına gətirmək və yeni bir saziş bağlamaq olduğunu açıqlayıb.

Qeyd edək ki, ABŞ İranla imzalanan nüvə sazişindən çıxdıqdan sonra Tehran rəhbərliyinə maksimum təzyiq göstərməyə başlayıb. Ağ Ev bildirir ki, təzyiqlərin məqsədi Tehranı ABŞ-ın istədiyi razılaşmaya "hə" deməyə məcbur etməkdir.

Mənbə: eastnews.org