Ermənistan ordusunun 2 hərbi qulluqçusu koronavirudan ölüb

Ermənistan ordusunun indiyə qədər biri qadın olmaqla 2 hərbi qulluqçusu koronavirusdan ölüb. Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hərbi qulluqçulardan biri "Surb Qriqor Lusavoriç" xəstəxanasında, digəri isə Mərkəzi Klinik Hospitalında ölüb.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Şuşan Stepanyan xəbəri şərh etməyib, Ermənistan Baş Prokurorluğundan isə bildiriblər ki, V.M. iyunun 29-da "Surb Qriqor Lusavoriç" xəstəxanasında ölüb.

H.N. isə COVID-19 xəstəliyindən avqustun 2-də ölmüşdü.

Alpər Mövludoğlu
Ordu.az

Ordu.az

ƏVVƏLKİ XƏBƏR

Şamaxıdakı rus qəbiristanlığında aparılan abadlıq işləri malakanlar tərəfindən razılıqla qarşılanıb

SONRAKI XƏBƏR

BDU Fransa universiteti ilə ikili diplom verəcək