BMT baş katibi: “Virus nəzarətdən çıxıb”

BMT baş katibi: “Virus nəzarətdən çıxıb”

Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş bəşəriyyətin pandemiyanın sınaqlarından keçə bilmədiyini düşünür.

TASS xəbər verir ki, bu barədə BMT baş katibi Təhlükəsizlik Şurasının koronavirusla bağlı iclasında danışıb.

Quterreş koronavirusun “nəzarətdən çıxdığını” deyib:

“Pandemiya uğursuz olduğumuz beynəlxalq əməkdaşlıq üçün açıq sınaqdır. Virus demək olar ki, bütün dünyada bir milyon insanın ölümünə, 30 mindən çoxunun yoluxmasına səbəb olub və virus nəzarətdən çıxıb”.

Mənbə: www.oxu.az