Şəhadətinin ildönümü doğma evində anıldı

Şəhadətinin ildönümü doğma evində anıldı

Bu gün Qubanın Qırmızı Qəsəbə yaşayış məmtəqəsində şəhid Ramin Abdulrəhimovun torpağa basdırılmasından bir il ötür.

İstiPress-in şimal bürosunun məlumatına görə, Azərbaycan-Ermənistan cəbhəsinin döyüş xəttində 22 sentyabr 2019-cu ildə şəhid olmuş Ramin Abdulrəhimovun meyiti neytral zonada qalmışdı. Aparılan danışıqlardan sonra şəhidin nəşi geri alınaraq sentyabrın 24-də dəfn edilmişdi.

Bu gün rayon rəsmiləri şəhid Ramin Abdulrəhimovun ailəsinə baş çəkib. Quba İH başçısı Ziyəddin Əliyev şəhidin atası Şövkət kişiyə bir daha başsağlığı verib, Vətən yolunda həlak olan şəhidlərin heç vaxt unudulmayacağını, onların şərəfli həyat yolunun gənclərə nümunə olduğunu deyib.

Ailə ilə görüşdə hüquq-mühafizə və Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Quba rayon şöbəsinin rəsmiləri də iştirak edib. Şəhidin il mərasimi çox az sayda ailə üzvləri olmaqla pandemiya tələbləri çərçivəsində sosial məsafə saxlanılmaqla baş tutub.

Mənbə: istipress.com