100-ə yaxın Belarus məmuruna qarşı sanksiya tətbiq edildi

100-ə yaxın Belarus məmuruna qarşı sanksiya tətbiq edildi

Baltikyanı ölkələr Latviya, Litva və Estoniya ərazilərinə girişi qadağan ediləcək 100-ə yaxın Belarus rəsmisinin yeni sanksiya siyahısını hazırlayıblar və yaxın günlərdə bunu elan edəcəklər.

Axar.az xəbər verir ki, bunu Latviya XİN başçısı Edqars Rinkeviçs ölkə radiosuna verdiyi müsahibəsində deyib.

Onun sözlərinə görə, bu barədə Litva və Estoniya ilə sentyabrın 23-də razılığa gəlinib.

“Siyahıda Belarusda baş verən şiddətlə əlaqəsi olan 100-ə yaxın şəxs var”, - nazir bildirib.

Rinkeviçs bildirib ki, Latviya, Litva vı Estoniya Avropa İttifaqının analoji addımını gözləmədən Belarusa qarşı sanksiya siyahısını genişləndiriblər.

Mənbə: axar.az