ABŞ məşhur güləşçiyə görə İrana sanksiya tətbiq edəcək

ABŞ məşhur güləşçiyə görə İrana sanksiya tətbiq edəcək

ABŞ yaxın vaxtlarda 27 yaşlı güləşçi Navid Əfkarinin edamı ilə bağlı bəzi İran rəsmilərinə qarşı sanksiyalar tətbiq edəcək.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın İran və Venesuela üzrə xüsusi nümayəndəsi Elliot Abrams deyib.

“ABŞ Navid Əfkarini edam cəzasına məhkum edən hakim də daxil olmaqla bir neçə İran rəsmisinə qarşı sanksiyalar elan edəcək. Güləşçinin edamında günahkar olanlar məsuliyyət daşımalıdırlar”, - Abrams bildirib.

Mənbə: axar.az